4093a755-a457-473f-9bdc-83293a5101b7..jpg

Mask ABŞ-də özünə şəhər tikəcək – FOTO

Baxış sayı: 721 dəfə baxılıb.

Mask ABŞ-də özünə şəhər tikəcək – FOTO

Amerikalı milyarder “Tesla” və “SpaceX”in baş direktoru İlon Mask Texas
ştatının Ostin şəhəri yaxınlığında yeni alınan torpaqda öz şəhərini qurmağı
planlaşdırır.

Qeyd olunur ki, sahibkar, həmçinin şirkətlərin əməkdaşları ideyanı Kolorado
çayı boyunca Texas utopiyası kimi qiymətləndiriblər.

Mənbələr bildiriblər ki, işçilərin işləyib yaşaya biləcəyi şəhər Texasda
tikilməkdə olan “SpaceX” və “Boring” şirkətinin müəssisələrinin yaxınlığındadır.

Sahibkarın aldığı torpaq sahəsində artıq bir qrup modul tipli ev, üzgüçülük
hovuzu, həmçinin açıq idman meydançası və idman zalı tikilib.

Milyarderin əsas köməkçilərindən biri, “Boring” şirkətinin prezidenti Stiv
Devis tamhüquqlu böyük şəhərin tikintisini əhatə edən daha böyük planların
olduğunu bildirib.

Mənbə: The Wall Street Journal

Source link