3fb3ee78-212e-468e-ab17-0cee0f1f6e06..jpg

Maska taxıb qadınların yaşadığı evlərə basqın edən şəxslə bağlı qərar açıqlandı

Baxış sayı: 640 dəfə baxılıb.

Maska taxıb qadınların yaşadığı evlərə basqın edən şəxslə bağlı qərar açıqlandı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ali Məhkəmədə Abşeron rayonunda quldurluqda təqsirləndirilən Həsən Bayramovun
barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Tahir Kazımovun sədrliyi ilə
keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Həsən Bayramov 9 il
müddətinə azadlıqdan məhrum edilib. Sumqayıt Apellyasiya Məhkəməsi H.Bayramovun
şikayətini təmin etməyib.

Qeyd edək ki, H.Bayramov Cinayət Məcəlləsinin 181.2.5 (silah və ya silah
qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq) maddəsi ilə
təqsirli bilinib.

İstintaq zamanı məlum olub ki, o, bıçaq götürüb və maska taxaraq basqın etdiyi
evlərdən üçü qadınlara məxsus olub. Həsən ümumilikdə əvvəlcədən seçdiyi dörd
mənzilə basqın edib.

Həmin mənzillərin hamısı Hökməli qəsəbəsində yerləşib. Araşdırma zamanı məlum
olub ki, o özü də Hökməli qəsəbəsində yaşayır. Başına maska taxaraq mənzillərə
daxil olan Həsən Bayramov bıçaq və digər soyuq silahla vətəndaşlardan pul,
qızıl tələb edib.

Maraqlısı budur ki, saxlanılan şəxs oğurluq məqsədilə öz kəndində, bir müddət
öncə girdiyi evə yenidən soxulmağa cəhd edib. Həsən Bayramov bütün bunları
qəbul etdiyi içki və narkotik maddənin təsiri nəticəsində törətdiyini bildirib.

Source link