e15b646c-d04d-44e7-9d69-985338a624e9..jpg

Maska taxıb qadınların yaşadığı evlərə basqın edən şəxslə bağlı QƏRAR

Baxış sayı: 1. 506 dəfə baxılıb.

Maska taxıb qadınların yaşadığı evlərə basqın edən şəxslə bağlı QƏRAR
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sumqayıt Apellyasiya Məhkəməsində Abşeron rayonunda quldurluqda
təqsirləndirilən Həsən Bayramovun barəsindəki cinayət işi üzrə qərardan
zərərçəkmişlər tərəfindən yenidən verilən apellyasiya şikayəti üzrə məhkəmə
iclası keçirilib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nazim Mövsümovun sədrliyi ilə
keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

Qeyd edək ki, H.Bayramov Cinayət Məcəlləsinin 181.2.5 (silah və ya silah
qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq) maddəsi ilə
təqsirli bilinib.

İstintaq zamanı məlum olub ki, onun maska taxıb bıçaqla basqın etdiyi evlərdən
üçü qadınlara məxsus olub. H.Bayramov ümumilikdə əvvəlcədən seçdiyi dörd
mənzilə basqın edib.

Həmin mənzillərin hamısı Hökməli qəsəbəsində yerləşib. Araşdırma zamanı məlum
olub ki, o özü də Hökməli qəsəbəsində yaşayır. Həsən Bayramov bıçaq və digər
soyuq silahla təhdid edərək vətəndaşlardan pul, qızıl tələb edib.

Maraqlısı budur ki, saxlanılan şəxs oğurluq məqsədi ilə öz kəndində, bir
müddət öncə girdiyi evə yenidən soxulmağa cəhd edib. Həsən Bayramov bütün
bunları qəbul etdiyi içki və narkotik maddənin təsiri nəticəsində törətdiyini
bildirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, doqquz il müddətinə azadlıqdan
məhrum edilib.

Source link