“Vaksinasiya olunmaq heç də digər qorunma vasitələrindən imtina etmək anlamına gəlməməlidir”.
Bunu brifinqdə səhiyyə naziri səlahiyyətlərini müvəqqəti icra edən Teymur Musayev deyib.
O bildirib ki, maska rejimi, sosial məsafə və digər gigiyenik qaydalar məcburidir: “Bu, bizim sağlamlığımız üçün zəruridir”.