bd1a427a-5791-4385-a9be-3322391fb086.jpg

Maskın siyasi postları ABŞ-nin bütün seçki kampaniyasını üstələdi

Baxış sayı: 161 dəfə baxılıb.

ABŞ-li sahibkar İlon Maskın “X” sosial şəbəkəsindəki siyasi paylaşımlarına
baxış sayı ölkənin digər bütün siyasi təşviqat elanlarının baxış sayından iki
dəfə çox olub.

Cixisyolu.com-ın xəbərinə görə, bu barədə ABŞ-nin CNN telekanalı məlumat verib.

Bu ilin iyul ayından etibarən Maskın sosial şəbəkələrdəki paylaşımlarına 17.1
milyard baxış sayı gəlib.

“Center for Countering Digital Hate”in (CCDH, Rəqəmsal Nifrətlə Mübarizə
Mərkəzi) hesabatına görə, Maskın paylaşımları ilə eyni sayda baxış sayına malik
olacaq reklamların yayımlanması üçün 24 milyon dollar xərcləmək lazımdır. CCDH
iddia edir ki, Maskın ən azı 87 paylaşımı ABŞ-də prezident seçkisi ilə bağlı
yalan və ya çaşdırıcı məlumatları təbliğ edib.

Source link