Maştağa sakinini öldürən şəxs saxlanıldı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Mayın 3-də axşam saatlarında Sabunçu rayonu Maştağa qəsəbə sakini, 1974-cü il
təvəllüdlü Roman Əsgərovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya
yerləşdirilməsi və bu gün ölməsi barədə polisə məlumat daxil olub.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin
əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində
R.Əsgərovu qətlə yetirməkdə şübhəli bilinən Maştağa qəsəbəsi sakini,
narkotiklərlə əlaqəli cinayətlərə görə əvvəllər məhkum olunmuş, 1966-cı il
təvəllüdlü Rəşid Babayev saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.