1c8b32a2-2eff-462f-9699-6816e0c64845..jpg

Maştağada ər arvadı qətlə yetirib intihar etdi

Baxış sayı: 2. 790 dəfə baxılıb.

Maştağada ər arvadı qətlə yetirib intihar etdi

Maştağada ər arvadı qətlə yetirib, daha sonra intihar edib.

Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında
deyilir.

Dekabrın 29-u saat 21 radələrində paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsi
ərazisində 1970-ci il təvəllüdlü Elxan Ələsgərov və 1977-ci il təvəllüdlü
Mahidə Əsədovanın birgə yaşadıqları evdə ölmələri barədə rayon prokurorluğuna
məlumat daxil olub.

Dərhal prokurorluq və polis əməkdaşları tərəfindən ekspert-kriminalistin
iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib, digər zəruri
hərəkətlər aparılıb.

İlkin araşdırma nəticəsində Elxan Ələsgərovun şəxsi münasibətlər zəminində
aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə arvadı Mahidə
Əsədovaya xəsarətlər yetirərək qəsdən öldürməsinə, daha sonra həmin alətlə
özünə xəsarət yetirərək intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən
adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət
işi başlanıb.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

Source link