Maştağada evdən 3 000 manatlıq generator və təmir alətləri oğurlanıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bakının Maştağa qəsəbəsində bir evin həyətindən 3 000 manat dəyərində
generator və təmir alətləri oğurlanıb.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin
əməkdaşları tərəfindən noyabrın 4-də Maştağa qəsəbəsində bir evin həyətindən 3
000 manat dəyərində generator və təmir alətləri oğurlamaqda şübhəli bilinən
Füzuli rayon sakini E.Qurbanov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.