5068ecb6-cf41-488f-92d6-2a83b93d5114..jpg

Materatsi 17 il sonra Zidana nə dediyini açıqladı

Baxış sayı: 3. 472 dəfə baxılıb.

Materatsi 17 il sonra Zidana nə dediyini açıqladı

İtaliya millisinin sabiq futbolçusu Marko Materatsi futbol üzrə 2006-cı il
dünya çempionatının finalında Fransa millisinin kapitanı Zinəddin Zidanla
aralarında yaşanan insident barədə danışıb.

49 yaşlı keçmiş müdafiəçi 17 il sonra həmin zaman fransalıya nələr söylədiyini
açıqlayıb.

“Zidan qol vurduqdan sonra onu bağlamaq vəzifəsi mənə tapşırıldı. İki qayda
pozuntusuna görə ondan üzr istədim. Ancaq Zidan mənə pis cavab verdi. Üçüncü
dəfə qarşı-qarşıya gəldikdə artıq əsəbiləşmişdim. Zidan lağ edərək oyundan
sonra mənə formasını verəcəyini söylədi. Mən də ona formanın əvəzinə bacısını
istədiyimi dedim”.

Xatırladaq ki, final matçının əlavə vaxtının 20-ci dəqiqəsində Zidan
Materatsini başla vurduğu üçün birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.
Əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatan qarşılaşmanın qalibi penaltilər
seriyasında (5:3) italyanlar olublar.

Mənbə: sportbible.com

Source link