73ae2144-fd63-4515-901d-24480dc973db..jpg

Mauro İkardi uşaq pərəstişkarları ilə bağlı paylaşım etdi: “Nəsillərimizin tarixinə yazılacaq…” – FOTO

Baxış sayı: 570 dəfə baxılıb.

Mauro İkardi uşaq pərəstişkarları ilə bağlı paylaşım etdi: “Nəsillərimizin
tarixinə yazılacaq…” – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin Diyarbəkir vilayətinin Eğil rayonunda yerli uşaqların xahişi ilə
bələdiyyə tərəfindən məhəllə divarlarına yerli və xarici futbol ulduzlarının
şəkilləri çəkilib.

“Beşiktaş”lı Vinsent Aboubakar, “Fənərbağça”lı Edin Dzeko ilə yanaşı
“Qalatasaray” klubunun argentinalı ulduz forvardı Mauro İkardi də şəkli
çəkilənlər arasında olub.

İkardi bununla bağlı sosial “Instagram” hesabında paylaşım edib.

O, uşaq pərəstişkarlarının onun şəklinin qarşısında çəkilmiş fotosunu dərc
edib və fotoya şərh verib.

“Hər uşaqda nəsillərimizin tarixinə yazılacaq yeni bir fəsil var. Balaca
aslanlar böyüyürlər”, – deyə İkardi qeyd edib.

Mənbə: 12punto.com.tr

Source link