3a7175d8-f294-4c80-b883-188bf37ee7c5..jpg

Mayın sonuna qədər Şuşaya neçə nəfər qayıdacaq? – RƏSMİ + FOTO

Baxış sayı: 522 dəfə baxılıb.

Mayın sonuna qədər Şuşaya neçə nəfər qayıdacaq? – RƏSMİ + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bu gün şuşalıların xoşbəxt günüdür, sevincli günüdür”.

Bunu Cixisyolu.com-a açıqlamasında Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini
Vüsalə Fətəliyeva deyib.

O qeyd edib ki, bu artıq ikinci yolasalma mərasimidir:

“May ayının sonu, iyun ayının əvvəllərinə qədər Şuşaya 370 ailənin, 1 450
nəfərin köçürülməsi planlaşdırılır. Bundan sonra da mərhələli şəkildə köç davam
edəcək və bundan sonra hər bir şuşalı öz doğma torpağında şad-xürrəm yaşayacaq.

Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza
minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!”

Qeyd edək ki, bu gün növbəti köç karvanı Şuşa şəhərinə yola salınıb. Bu
mərhələdə daha 38 ailə (136 nəfər) öz doğma yurduna köçürülür.

Xatırladaq ki, indiyədək Şuşa şəhərində 58 ailənin, yəni 224 nəfərin daimi
məskunlaşması təmin edilib.

Aytac Qasımova

Source link