Mayk Tayson intiqam almaq üçün qorilla ilə döyüşmək istəyib

Baxış sayı: 4. 674 dəfə baxılıb.

Mayk Tayson intiqam almaq üçün qorilla ilə döyüşmək istəyib

Dünya şöhrətli boksçu Mayk Tayson qorilla ilə döyüşmək istəyib.Bu barədə o özü gənclik xatirələrini paylaşarkən məlumat verib.

gazeta.ru xəbər verir ki, dünya şöhrətli boksçu 1986-cı ildə qorilla ilə qəfəsə girmək istəyib. 

Tayson zoopark nəzarətçisinə bunun üçün 10 min dollar da təklif edibmiş.

O, həmin qorillanın digərlərinə xəsarət yetirdiyini və bu səbəbdən ondan intiqam almaq istədiyini söyləyib.

Qeyri-adi xarakteri ilə şöhrətlənən Tayson daha əvvəl zooparkların birində aslanla döyüşüb.