Maykl Ceksonun qızı “Grammy” mükafatlandırma mərasimində – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Dünya ulduzu Maykl Ceksonun qızı Peris Cekson “Grammy” mükafatlandırma
mərasimindən sonra baş tutan gecəyə qatılıb.
Onun görünüşü hər kəsin diqqətini cəlb edib və sosial şəbəkələrdə geniş
müzakirəyə səbəb olub.
25 yaşlı Peris qara şəffaf korset, dəri mini ətək və bəbir dərisindən uzun
kürk geyinib. O, görünüşünü qızılı halqa sırğalar, qara çanta, üzüklər və dəri
çəkmələrlə tamamlayıb. Aktrisa saçlarını açıq qoyub, sadə, yüngül makiyaj edib.
Mənbə: gazeta.ru.