d4b08e2d-d30b-4465-a34c-13bc3558ff34..jpg

Maykl Pol Luzmor: “Heydər Əliyev idmana və təhsilə çox önəm verirdi”

Baxış sayı: 583 dəfə baxılıb.

Maykl Pol Luzmor: “Heydər Əliyev idmana və təhsilə çox önəm verirdi”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Onu da vurğulamaq istəyirəm ki, bu, Heydər Əliyevin 100 illiyinə həsr edilmiş
tədbirdir. O, idmana və təhsilə çox önəm verirdi”.

“Report”un məlumatına görə, bunu Böyük Britaniyanın UCL Universitetinin
professoru, UCL-in İdman, Fiziki Fəaliyyət və Sağlamlıq İnstitutunun (Institute
of Sports, Exercise and Health) aparıcı eksperti, Böyük Britaniyanın Kral Tibb
Cəmiyyətinin İdman Tibbi Bölməsinin vitse-prezidenti Maykl Pol Luzmor Bakıda
“İdman elmlərinin inkişafında müasir tendensiyalar” mövzusunda keçirilən ikinci
beynəlxalq konfransda jurnalistlərə açıqlamasında deyib.

O, konfransın onlar üçün vacib olduğunu vurğulayıb:

“Bunun əhəmiyyətini qeyd etmək o qədər də asan deyil. Məhz Heydər Əliyevin
dövründə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası yaradılıb. Onun
təməlini qoyduğu siyasətin nəticəsində digər ölkələrlə əlaqələr yaranıb və
tələbələr xaricdə təhsil alırlar”.

Source link