Amerikalı müğənni Mayli Sayrus təcili xəstəxanaya yerləşdirilib.
Bu barədə ulduz özünün “Instagram” səhifəsində yazıb.
“Wrecking Ball” hitinin müəllifi pərəstişkarları ilə şəkillərini bölüşüb və tezliklə sağalacağına ümid etdiyini bildirib.
Müğənni həmçinin təzə sevgilisi Kodi Simpson ilə çəkdiyi foto və video ilə bölüşüb.
Sayrus bildirib ki, bundan sonra özünü daha yaxşı hiss edib.
Xəstəxanaya düşməsi səbəbini isə müğənni gizlədib. Amma bir qədər əvvəl Sayrus sosial şəbəkələrdə tonzilitdən şikayyətlənib.