a86f3008-095b-4cb2-962a-1748e4d38d6b.webp

Mbappe Fransa millisinin oyununa yox, gecə klubuna gedib

Baxış sayı: 103 dəfə baxılıb.

Fransa millisinin heyətindən kənarda qalan Kilian Mbappe komandanın İsraillə
(4:1) oyun günündə Stokholma yollanıb.

Cixisyolu.com xəbər verir ki, “Real Madrid”in oyunçusunun gecə klubuna getməsi gündəm
olub.

Mbappe yaxın qohumları ilə Stokholmdakı restoranlardan birində şam yeməyindən
sonra əyləncə məkanına yollanıb. Xəbərlərdə futbolçunun səfərinin Madrid
klubunda təsdiq olunduğu bildirilib. Kilianın bir neçə gündən sonra məşqləri
bərpa edəcəyi deyilib.

Qeyd edək ki, zədəli olduğunu əsas gətirərək milliyə yollanmayan K.Mbappenin
İspaniya çempionatının son turunda meydana çıxması söz-söhbətlərə yol açıb.

Source link