133024a5-bf05-4d21-b319-8798bac75a96.jpg

Mbappe Madrid derbisində stadiona buraxılmayıb

Baxış sayı: 37 dəfə baxılıb.

Kilian Mbappe İspaniya La Liqasının dünən keçirilən “Atletiko Madrid” – “Real
Madrid” oyununu tribunadan izləyə bilməyib.

Cixisyolu.com xəbər verir ki, buna “Kral klubu”nun qadağası səbəb olub.

“Real Madrid” rəhbərliyi zədəli futbolçusunun matçı stadiondan canlı
izləməsinə icazə verməyib. Onlar tribunada hər hansı insidentin yaşana
biləcəyindən ehtiyatlanıblar. Bu səbəbdən “Alaves”lə qarşılaşmada zədələnən
fransalı hücumçu komandasını arenadan dəstəkləyə bilməyib.

Qeyd edək ki, La Liqanın VIII turundakı Madrid derbisi 1:1 hesabı ilə başa
çatıb. Qonaqlar 90+5-ci dəqiqədə qələbəni əldən veriblər. Hesabı müdafiəçi
Militao açıb. Hakimin əsas vaxta əlavə etdiyi dəqiqələrdə isə Korrea
komandasını məğlubiyyətdən xilas edib.

Source link