becd0063-3545-437d-9205-00b3b381b544..jpg

Mbappe PSJ-də qalmaq üçün 3 şərt irəli sürdü

Baxış sayı: 4. 734 dəfə baxılıb.

Mbappe PSJ-də qalmaq üçün 3 şərt irəli sürdü

PSJ-nin hücumçusu Kilian Mbappe ya gələn yay, ya da 2024-cü ildə klubu tərk
edə bilər. Bunun qarşısını almaq üçün futbolçu klubu qarşısında üç şərt qoyub.

Bunlardan birincisi PSJ-nin braziliyalı hücumçu Neymarı satmasıdır. Klub ötən
yay Mbappeni razı salmaq üçün braziliyalını satmağa çalışsa da, Neymara PSJ
səviyyəsində maaş zəmanəti verə biləcək potensial alıcı tapılmadı.

İkinci şərt müqaviləsi 2024-cü ilin yayında başa çatacaq “Tottenhem”in
hücumçusu Harri Keynin Paris klubuna gətirilməsidir.

Üçüncü şərt “Real”ın sabiq baş məşqçisi Zinəddin Zidanın PSJ-nin baş məşqçisi
postuna dəvətdir.

Mənbə: OK Diario

Source link