da7a5970-3778-4e2c-8bf2-bd1c3b767a20..jpg

Mbappe “Real Madrid” rəhbərliyinə xəbər göndərdi

Baxış sayı: 1. 030 dəfə baxılıb.

Mbappe “Real Madrid” rəhbərliyinə xəbər göndərdi

Kilian Mbappe 2024-cü ilin yayında “Real Madrid”ə keçmək istəyir.

Fransa millisinin kapitanı bununla bağlı “kral klubu”nun rəhbərliyinə xəbər
göndərib. 24 yaşlı forvard anlayır ki, PSJ-də Çempionlar Liqasının qalibi olmaq
arzusunu reallaşdırması çətindir. O, fikrini dəyişməyəcəyinə, hazırkı
müqaviləsi başa çatdıqdan sonra PSJ-dən “Real Madrid”ə keçəcəyinə dair söz
verib.

İspanlar öncəki uğursuz cəhdlərdən sonra bir daha Mbappeni transfer etmək üçün
danışıq aparmayacaqlar. Madridlilər yalnız o halda futbolçunu heyətlərinə
qatmağı düşünürlər ki, o, azad agent olsun.

Mənbə: as.com

Source link