98cff4c8-8d49-4da4-a223-17a7fa59de54..jpg

Mbappe “Real”a keçməyin bir addımlığında: Özünə Madriddə ev kirayələyib

Baxış sayı: 407 dəfə baxılıb.

Mbappe “Real”a keçməyin bir addımlığında: Özünə Madriddə ev kirayələyib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

PSJ-nin hücumçusu Kilian Mbappe artıq Madriddə özünə mənzil kirayələyib.

Mənbə iddia edir ki, bu xəbər futbolçunun “Real Madrid”ə mümkün transferi
fonunda təsadüf hesab oluna bilməz.

Bir müddət əvvəl isə 25 yaşlı fransalı futbolçunun “Kral klubu”nun rəhbərliyi
ilə və birbaşa prezidenti Florentino Pereslə danışıqlar apardığı barədə məlumat
yayılmışdı.

İlkin məlumatlara görə, “Real Madrid” K.Mbappeyə qərarını dəqiqləşdirmək üçün
yanvarın 15-dək vaxt verib. Onlar futbolçunu azad agent kimi transfer etməyə
ümid edirlər.

Qeyd edək ki, Kilian Mbappenin PSJ ilə müqaviləsi yayda başa çatır.

Mənbə: El Chiringuito

Source link