005ead97-71da-40aa-8adb-db8b7ec67e17..jpg

Mbappenin əvəzləyicisi “Qarabağ”da

Baxış sayı: 881 dəfə baxılıb.

Mbappenin əvəzləyicisi “Qarabağ”da

Ağdamın “Qarabağ” klubu yeni futbolçu transfer edib.

Cixisyolu.com klubun rəsmi sosial şəbəkə hesabına istinadən xəbər verir ki, “köhlən
atlar” fransalı hücumçu Adama Diakabi ilə 2025-ci il iyunun 30-dək müqavilə
imzalayıb.

Diakabi Fransanın U-21 millisinin şərəfini qoruyub. 26 yaşlı futbolçu
Fransanın “Kan”, “Renn”, “Monako” və “Amyen”, eləcə də İngiltərənin
“Haddersfild” və “Nottingem Forest” klublarının da formasını geyinib.

2017-ci ilin yay transfer pəncərəsi ərzində “Monako” klubu PSJ-yə gedən Kilian
Mbappeni əvəzləmək üçün Diakabini 10 milyon avroya transfer edib.

Source link