Aprelin 14-də “McDonald’s Azərbaycan” şirkəti tərəfindən “FUTBOL ULDUZU İLƏ BİRLİKDƏ MEYDANÇAYA ÇIX!” kampaniyasının çərçivəsində 6-10 yaşlar arasında olan uşaqlar üçün xüsusi idman müsabiqəsi keçirilib.
ÇıxışYolu.Com xəbər verir ki, bu idman bayramı Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutub.
İnteraktiv oyunlar, əyləncəli estafetlər və idman uşaqları bir araya yığıb. Uşaqlar və onların valideynləri aksiyadan xoş təəssürat və zövq alıblar.
Müsabiqənin bütün mərhələrindən müvəffəqiyyətlə keçib, qalib gələn uşağın sevinci yerə-göyə sığmırdı. Bu, 10 yaşlı Allahverdiyev Musa oldu. Məhz bu balaca futbol həvəskarı FIFA 2018 Dünya Kubokunun açılışına səyahət qazanıb.
Musa 14.06.18 tarixində Rusiya Federasiyasının Moskva şəhərində keçiriləcək “FIFA 2018” futbol üzrə dünya çempionatının açılış oyununun meydançasına futbol ulduzu ilə ələ-ələ çıxacaq, sonra isə anası ilə birlikdə möhtəşəm oyunu canlı izləyəcək.
Müsabiqənin digər iki finalçıları isə “McDonald’s”dan xüsusi hədiyyələr alıblar. Bu, Gəncə şəhər sakini Əsədov Muraz və Bakıda yaşayan Ağayev Yusifdir.
Qeyd etmək lazımdır ki, “McDonald’s Azərbaycan” hər zaman idmana öz dayağını nümayiş etdirib. Müxtəlif beynəlxalq idman oyunlarının rəsmi dəstəkçisi olan bu şirkət ənənəvi olaraq, idmana bağlı kampaniyalar və aksiyalar keçirir.