Mayın 25-də “Uşaqların Sağlam Gələcəyi” ictimai birliyinin fiziki məhdudiyyətli uşaqları xüsusi avtobuslar vasitəsilə “CinemaPlus” kinoteatrına gəliblər. Orada onlar 3D formatında cizgi filmini böyük maraqla izləyiblər. Bundan sonra uşaqlar “McDonald’s” restoranının qonaqları olublar.
Seyr etdikləri filmdən və sevdikləri yeməkdən çox böyük həzz alan uşaqlara az sonra daha bir əyləncəli məşğuliyyət təqdim edilib.
“MFL Arena”ya ekskursiya və futbol oyunu. Burada kiçik idman həvəskarları stadionla tanış olub, MFL oyunçuları ilə görüşüb və futbol oynayıblar.
“McDonald’s” şirkətinin fəlsəfəsi çərçivəsində öz müştəriləri ilə birlikdə dünya üzrə öncül məqsədlərindən biri uşaqlara dəstək amilini vurğulamaq olar. “McDonald’s” korporasiyasının tarixi uşaq xeyriyyəçiliyi və fiziki imkanları məhdud uşaqlara qayğı ilə sıx bağlıdır.
Şirkət bunu müxtəlif vasitələrlə: həm birbaşa iştirakı, həm də dövlət və qeyri-hökumət təşkilatları ilə təhsil, idman layihələri, ictimai tədbirlər və müxtəlif xeyriyyəçilik aksiyaları ilə həyata keçirir.
“McDonald’s” Azərbaycan, “CinemaPlus” kinoteatrlar şəbəkəsi və MFL bütün uşaqları Uşaqların Müdafiəsi Günü münasibətilə təbrik edir, onların həmişə sağlam olmasını arzu edirlər.