“McDonald’s”ın dəstəklədiyi klub çempionluğunu qorudu - FOTO

“McDonald’s”ın dəstəklədiyi klub çempionluğunu qorudu – FOTO

Baxış sayı: 3. 032 dəfə baxılıb.

Kişilər arasında keçirilən Basketbol üzrə 25-ci Respublika Çempionatına  yekun vurulub. Aprelin 21-də baş tutan final qarşılaşmasında “McDonald’s Azərbaycan”ın dəstəklədiyi NTD komandası bütün rəqiblərinə qalib gələrək çempionatın ən yüksək titulunu – respublika çempionluğunu qazanıb.

Əsasən 20 yaşlılardan ibarət olan NTD komandası 2001-ci ildən Respublika və beynəlxalq turnirlərdə öz gücünü sınayıb və bir sıra beynəlxalq turnirlərin qalibi olub. Komandanın baş məşqçisi Tahir Baxşıyev də vaxtilə bu komandada oyunçu kimi oynayıb və hazırda komandaya rəhbərlik edir.

Tahir Baxşıyevin sözlərinə görə, komandanın gözəl uğurları və çempionluq tituluna yenidən yiyələnməsi çox qürurvericidir.

NTD komandası 17 il ərzində Respublika Çempionatında 11 dəfə çıxış edib və səkkiz dəfə respublika çempionu olub. Qalib gələn komandanın 20 yaşlı oyunçuları ölkəmizi bu il Bolqariyada keçirilən Avropa Çempionatında təmsil edəcəklər.

Avropa Çempionatında komandanın rəqibləri Belarus, Latviya, Belçika və Makedoniya kimi ölkələrin komandaları olacaq. 

Qeyd etmək lazımdır ki, “McDonald’s Azərbaycan” hər zaman idmana öz dəstəyini nümayiş etdirir. Müxtəlif beynəlxalq idman oyunlarının rəsmi dəstəkçisi olan bu şirkət, ənənəvi olaraq, müştərilərə idmanla bağlı kampaniyalar, təkliflər və aksiyalar keçirir. 

“McDonald’s Azərbaycan” Azərbaycanın bütün idmançılarına uğurlar arzu edir və hər zaman beynəlxalq arenalarda Azərbaycanın bayrağını ucalarda görmək istəyir.

www.ÇıxışYolu.Com