4c6d7e2a-fdec-4430-b5d9-c1f7981831cb..jpg

MDB Baş katibi Prezident İlham Əliyevi təbrik edib

Baxış sayı: 337 dəfə baxılıb.

MDB Baş katibi Prezident İlham Əliyevi təbrik edib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müstəqil Dövlətlər Birliyinin Baş katibi Sergey Lebedev Azərbaycan
Respublikasının Prezidentiİlham Əliyevə təbrik məktubu ünvanlayıb.

President.az xəbər verir ki,
məktubda deyilir:

“Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Azərbaycanda, Qafqaz regionunda və bütün dünyada Sizin adınız öz ölkəsini
inkişaf və tərəqqi yolu ilə qətiyyətlə irəli aparan prinsipial, güclü və
iradəli lider anlayışı ilə assosiasiya olunur.

Qarşınızda duran məsul məsələlərin həlli sizin Azərbaycan xalqının rifahının
yüksəldilməsi, mədəni və mənəvi baxımdan zənginləşməsi işinə həsr etdiyiniz
fiziki və mənəvi gücün ən yüksək səviyyədə səfərbər olunmasını tələb edir.

Qəti əminəm ki, Sizin yüksək işgüzarlığınız və çox böyük intellektual
potensialınız bundan sonra da Azərbaycan və onun xalqı naminə çoxşaxəli
fəaliyyətinizdə uğurlar qazanmağa imkan verəcəkdir.

Fürsətdən istifadə edərək, Müstəqil Dövlətlər Birliyi məkanında qarşılıqlı
tərəfdaşlıq fəaliyyətinin genişləndirilməsi məsələlərində ardıcıl və
konstruktiv mövqeyinizə, MDB İcraiyyə Komitəsinin təşəbbüslərinə daimi
dəstəyinizə görə Sizə səmimi minnətdarlığımı bildirirəm.

Möhtərəm İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, firavanlıq və çoxşaxəli
dövləti fəaliyyətinizdə uğurlar diləyirəm”.

Source link