866dae75-a308-4444-9978-799d81e6bd6e..jpg

MDB-dən olan müşahidəçi: “Gördüklərimdən məmnun qaldım” – FOTO

Baxış sayı: 537 dəfə baxılıb.

MDB-dən olan müşahidəçi: “Gördüklərimdən məmnun qaldım” – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

MDB-dən olan müşahidəçi Yelbay Abulov seçki məntəqəsində gördüklərindən məmnun
qaldığını bildirib.

Bu barədə o, 62 saylı Kürdəmir seçki dairəsinin 1 saylı seçki məntəqəsində
“Report”un Yuxarı Şirvan bürosuna açıqlamasında deyib.

Müşahidəçi qeyd edib ki, bundan əvvəl 3 məntəqədə olub və hər şeyin qaydasında
olduğunu müşahidə edib: “Gördüklərimdən məmnun qaldım. Seçkilər şəffaf
keçirilir və hər hansı bir neqativ hal müşahidə etməmişik. Hazırda
müşahidələrimiz davam edir”.

Qeyd edək ki, Azərbaycanda bu gün növbədənkənar prezident seçkisi keçirilir.
Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham
Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə
Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının
prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının
prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi
Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü
tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparır.

Source link