MDB Müdafiə Nazirləri Şurasının iclası nə vaxt keçiriləcək? – RƏSMİ
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
İyulun 3-də Minskdə Müstəqil Dövlətlər Birliyinin Müdafiə Nazirləri Şurasının
iclası keçiriləcək.
Bu barədə Belarus Müdafiə Nazirliyinin Mətbuat Xidməti respublikanın hərbi
idarəsinin rəisi Viktor Xrenin və Şuranın katibi general-mayor Yuri Daşkin
arasında keçirilən görüşdən sonra məlumat verib.
“Görüşdə Birlik formatında çoxtərəfli hərbi əməkdaşlığın cari məsələləri
müzakirə edilib. Tərəflər MDB-yə üzv dövlətlərin Müdafiə Nazirləri Şurasının
növbəti iclasına hazırlıq məsələlərini müzakirə ediblər. Görüş 3 iyul 2024-cü
ildə Minskdə keçiriləcək”, – məlumatda bildirilib.
Mənbə: TASS