Bu gün Qazaxıstanın paytaxtı Astanada Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv
ölkələrin təhlükəsizlik və xüsusi xidmət orqanlarının rəhbərləri şurasının
növbəti iclası keçiriləcək.
Cixisyolu.com xəbər verir ki, bu barədə Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin
(FTX) İctimaiyyətlə Əlaqələr Mərkəzi (İƏM) məlumat yayıb.
“Oktyabrın 4-də Astanada MDB-yə üzv dövlətlərin təhlükəsizlik orqanları və
xüsusi xidmət orqanları rəhbərlərinin Şurasının 55-ci iclasının keçirilməsi
planlaşdırılır. Plenar iclasda şura üzvləri əsas diqqəti birlik ölkələrinin
xüsusi xidmət orqanlarının terrorçuluq və dini ekstremizmə qarşı mübarizə
sahəsində qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsinə yönəldəcəklər”, – deyə
İƏM-dən bildirilib.
Qeyd olunub ki, iclas iştirakçıları 2026-2028-ci illər üçün terrorçuluq və
ekstremizmə qarşı mübarizədə əməkdaşlıq proqramının layihəsini nəzərdən
keçirəcəklər.
Bundan əlavə, Şuranın əməliyyat-xidməti fəaliyyətinin konkret istiqamətləri
üzrə işçi orqanlarının iclasları keçiriləcək.