MDB PA-nın müşahidə missiyası Azərbaycana gəlib

MDB PA-nın müşahidə missiyası Azərbaycana gəlib

Baxış sayı: 2. 999 dəfə baxılıb.

MDB Parlamentlərarası Assambleyasının müşahidə missiyası Azərbaycanda prezident seçkilərini müşahidə etmək üçün Bakıya səfər edib. 

ÇıxışYolu.Com-ın xəbərinə görə, beynəlxalq müşahidə missiyasının tərkibi Rusiya Federasiyası, Tacikistan, Moldova, Belarus, Qazaxıstan və Qırğızıstandan olan deputatlardan ibarətdir.

Beynəlxalq müşahidəçilər missiyasına MDB PA-nın beynəlxalq monitorinq institutunun əməkdaşları və ekspertləri daxildir.

Missiya üzvləri aprelin 11-də Bakı və bölgələrdə olacaqlar.

Həmçinin beynəlxalq  müşahidəçilərin  Milli Məclis, Mərkəzi Seçki Komissiyası və prezidentliyə namizədlərlə görüşləri nəzərdə tutulur.

Seçkilər başa çatdıqdan sonra MDB PA-dan olan beynəlxalq müşahidəçilər mətbuat konfransı keçirəcəklər.

Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com