MDB Parlamentlərarası Assambleyasının müşahidə missiyası Azərbaycanda prezident seçkilərini müşahidə etmək üçün Bakıya səfər edib.
ÇıxışYolu.Com-ın xəbərinə görə, beynəlxalq müşahidə missiyasının tərkibi Rusiya Federasiyası, Tacikistan, Moldova, Belarus, Qazaxıstan və Qırğızıstandan olan deputatlardan ibarətdir.
Beynəlxalq müşahidəçilər missiyasına MDB PA-nın beynəlxalq monitorinq institutunun əməkdaşları və ekspertləri daxildir.
Missiya üzvləri aprelin 11-də Bakı və bölgələrdə olacaqlar.
Həmçinin beynəlxalq müşahidəçilərin Milli Məclis, Mərkəzi Seçki Komissiyası və prezidentliyə namizədlərlə görüşləri nəzərdə tutulur.
Seçkilər başa çatdıqdan sonra MDB PA-dan olan beynəlxalq müşahidəçilər mətbuat konfransı keçirəcəklər.
Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com