cb94c0ea-bac8-4aa6-9481-df3ee73acd59..jpg

MDB PA-nın müşahidə missiyası seçkiqabağı hazırlıq prosesini müsbət qiymətləndirib – FOTO

Baxış sayı: 441 dəfə baxılıb.

MDB PA-nın müşahidə missiyası seçkiqabağı hazırlıq prosesini müsbət
qiymətləndirib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müstəqil Dövlətlər Birliyinin Parlament Assambleyasının müşahidə missiyası
seçkiqabağı hazırlıq prosesini müsbət qiymətləndirib.

Cixisyolu.com xəbər verir ki, bu barədə baş prokuror Kamran Əliyevin MDB PA-nın
müşahidə missiyasının rəhbəri, Qazaxıstan Senatının sədr müavini Jakip Asanovun
rəhbərlik etdiyi, tərkibinə MDB PA Şurasının Baş katibi Dmitri Kobitskinin və
digər rəsmi şəxslərin daxil olduqları nümayəndə heyəti ilə görüşündə bildirilib.

Fevralın 7-nə təyin olunan növbədənkənar prezidenti seçkisinin tarixdə ilk
dəfə ölkənin bütün suveren ərazisində keçiriləcəyini və xalq üçün böyük
əhəmiyyət kəsb etdiyini vurğulayan baş prokuror seçkinin azad və demokratik
şəraitdə keçirilməsi, seçicilərin azad şəkildə öz iradələrini ifadə etməsi
məqsədi ilə görülən işlər, seçki qanunvericiliyinə riayət olunması ilə əlaqədar
prokurorluq orqanlarının qarşısında duran vəzifələr barədə danışıb.

Jakip Asanov, Dmitri Kobistki və digər görüş iştirakçıları müşahidə
missiyasının Azərbaycanda olduğu müddətdə keçirdiyi görüşlərin əhəmiyyətindən
söz açaraq, seçkinin yüksək səviyyədə keçirilməsi üçün hər cür şəraitin
yaradıldığını, seçki qanunvericiliyinin beynəlxalq standartlara uyğun olduğunu
və seçkiqabağı hazırlıq prosesini müsbət qiymətləndirdiklərini qeyd edərək bu
işdə Mərkəzi Seçki Komissiyası ilə yanaşı, prokurorluq orqanlarının əməyini
yüksək qiymətləndiriblər.

Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Source link