aab30f0e-2aae-425b-b4de-3554b9c9c430.jpg

MEDİA: “EekadFacts” internet resursunda ölkəmiz barədə məlumat reallığı əks etdirmir”

Baxış sayı: 273 dəfə baxılıb.

“EekadFacts” adlı internet resursuna aid sosial şəbəkə hesablarında guya
Azərbaycandan hava yolu ilə digər ölkələrə silah daşınması barədə əsassız
məlumat yayılıb. Bu, ölkəmizə qarşı aparılan qlobal dezinformasiya
kampaniyasının növbəti nümunəsi olmaqla, heç bir reallığı əks etdirməyən,
təxəyyül məhsulu olan uydurmadır.

Cixisyolu.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Medianın İnkişafı
Agentliyindən məlumat verilib.

“Qeyd olunan spekulyativ məlumatların istehsalı və yayılmasını nüfuzlu qlobal
tədbirlərə ev sahibliyi edən Azərbaycan Respublikasının beynəlxalq imicinə
zərər vurmağa, ölkəmiz barədə ictimai rəyi çaşdırmağa yönəlmiş daha bir uğursuz
manipulasiya cəhdi kimi qiymətləndiririk.

Vətəndaşlarımızı və beynəlxalq ictimaiyyəti bu tip aldadıcı məlumatların
təsirinə düşməməyə və yalnız rəsmi mənbələrdən əldə olunan informasiyalara
istinad etməyə çağırırıq”, – deyə açıqlamada qeyd olunur.

Source link