1032c39e-2a2e-4ede-9e64-ea22df96038d..jpg

Medvedev: “Təyyarələrin Ukraynaya tədarükü NATO-nun Rusiya ilə müharibəsi kimi qiymətləndiriləcək”

Baxış sayı: 797 dəfə baxılıb.

Medvedev: “Təyyarələrin Ukraynaya tədarükü NATO-nun Rusiya ilə müharibəsi kimi
qiymətləndiriləcək”

Ukraynaya NATO təyyarələrinin tədarükü və onların Polşada saxlanması NATO-nun
birbaşa Rusiyaya qarşı müharibəyə qoşulması olardı.

Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

“Qərbli analitiklər könülsüz də olsa, etiraf edirlər ki, NATO
mütəxəssislərinin ukraynalılara öz hərbi texnikalarından döyüşdə istifadə
etməyi öyrətməsi NATO-nun Ukrayna tərəfində hərbi münaqişədə birbaşa iştirakı
kimi qiymətləndirilə bilər”, – siyasətçi öz “Telegram” kanalında yazıb.

O qeyd edib ki, 1920-ci illərdən bəri bir ölkə silah tədarükü ilə yanaşı,
onunla məşğul olmaq üçün kadrlar hazırlayırsa, həmin ölkənin hərbi
əməliyyatların iştirakçısı kimi tanınır.

Onun sözlərinə görə, əgər gələcəkdə təhvil veriləcək NATO təyyarələrinə qərbli
hərbçilərin, məsələn, Polşa ərazisində xidmət göstərəcəklərini təsəvvür etsək,
“bu, atlantikçilərin birbaşa Rusiyaya qarşı müharibəyə başlaması olacaq. Belə
texnika və ya silahların tədarükü (təmiri) ilə bağlı qərar qəbul edən bütün
şəxslər, o cümlədən əcnəbi muzdlular və hərbi təlimatçılar qanuni hərbi hədəf
kimi qəbul ediləcəklər”.

Medvedev, vurğulayıb ki, Qərbi Kiyevə uzaqmənzilli təyyarə və silah ötürməkdən
çəkindirən məzh elə budur. Lakin Qərbin Rusiyanı əzmək həvəsi artıq çox
böyükdür.

Source link