f426872f-5bf7-4b86-83a0-c965a0faf6ce.jpg

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionuna yeni direktor təyin olunub

Baxış sayı: 32 dəfə baxılıb.

Boks üzrə Azərbaycan yığmasının sabiq üzvü Şahin İmranov Mehdi Hüseynzadə
adına Sumqayıt şəhər stadionuna yeni direktor təyin olunub.

Sportinfo.az xəbər verir ki, Gənclər və İdman Nazirliyi bu variant üzərində
dayanıb. Nazir Fərid Qayıbov müxtəlif dairələrlə danışaraq, Sumqayıt şəhərindən
olan İmranovun müvafiq vəzifəyə keçidinə razılıq alıb.

Bilindiyi kimi, stadionunun direktoru Nadir Quliyev vəzifəsindən gedib. Bu
ilin əvvəlində yenidən istifadəyə verilən arenanın rəhbəri öz istəyi ilə istefa
ərizəsi yazıb.

Əvvəlki direktorun iş yerindən getmək istəməsi təsadüfən yaranmayıb. Stadionun
idarəetməsində ciddi problemlər əmələ gəlib.

Maliyyə cəhətdən yaranan çətinliklər son aylar özünü daha çox büruzə verib.
Burada çalışan əməkdaşlar aylardır ki, əməkhaqqı ala bilmirlər.

O cümlədən, kommunal xərclərin ödənilməsi müşkülə dönüb. Bu səbəbdən stadionun
müxtəlif dövlət təşkilatlarına böyük miqdarda borcu yaranıb.

Qeyd edək ki, Şahin İmranov 2002-2008-ci illərdə Azərbaycan yığmasının
heyətində çıxış edib. İki dəfə Olimpiya Oyunları, iki dəfə dünya, üç dəfə isə
Avropa çempionatında mübarizə aparıb.

2008-ci ildə Çində XXIX Yay Olimpiya Oyunlarının bürünc medalına sahib olub.

Həmçinin 2002-ci ildə Perm şəhərində (Rusiya) və 2006-cı ildə Plovdiv
şəhərində (Bolqarıstan) baş tutan Avropa çempionatlarının gümüş medallarına
sahib olub.

Azərbaycan idmanında xidmətlərinə görə 2004-cü ildə Azərbaycan Prezidenti
İlham ƏliyevinSərəncamına əsasən, “Tərəqqi” medalı ilə təltif edilib.

Source link