Abşeron rayonda 2 nəfəri avtomobil vurub.
Oxu. Az-ın verdiyi xəbərə görə, hadisə Mehdiabad qəsəbəsində baş verib.
Minik avtomobili 1981-ci il təvəllüdlü Həsənov Azər Tofiq oğlu və 1981-ci il təvəllüdlü Hüseynov Ruslan Novruz oğlunu vurub.
Hər iki yaralı dərhal xəstəxanaya çatdırılıb. A.Həsənova qarının küt travması, R.Hüseynova isə sol ayağın əzilməsi diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Kamil Əmirli
Elşad Mətləboğlu