Tomohiko Taniguçi Mehriban Əliyeva ilə danışıqlarda – YENİLƏNİB + FOTO

Tomohiko Taniguçi Mehriban Əliyeva ilə danışıqlarda – YENİLƏNİB + FOTO

Baxış sayı: 4. 934 dəfə baxılıb.

Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyeva martın 9-da Yaponiya baş nazirinin xarici siyasət məsələləri üzrə müşaviri Tomohiko Taniguçi ilə görüşüb.

ÇıxışYolu.Com xəbər verir ki, birinci vitse-prezident Mehriban Əliyeva Yaponiya baş nazirinin xarici siyasət məsələləri üzrə müşaviri Tomohiko Taniguçinin ölkəmizə səfərinin ikitərəfli əlaqələrin möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Keçən il Azərbaycan ilə Yaponiya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd edildiyini deyən birinci vitse-prezident ölkələrimiz arasında bütün sahələrdə dostluq və qarşılıqlı marağa əsaslanan əməkdaşlığın mövcud olduğunu vurğulayıb.

Azərbaycanın və Yaponiyanın iqtisadi, siyasi və humanitar sahələrdə əməkdaşlığı uğurla inkişaf etdirdiklərini bildirən Mehriban Əliyeva bu sahələrdə böyük potensialın olduğunu deyib, Azərbaycan ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının fəaliyyətini yüksək qiymətləndirdiyini diqqətə çatdırıb.

Energetika sahəsində çox uğurlu əməkdaşlıq aparıldığını deyən Mehriban Əliyeva Yaponiyanın iki böyük şirkətinin – “IMPEX” və “ITOCHU” şirkətlərinin uzun illərdir ölkəmizdə səmərəli fəaliyyət göstərdiyini və “Azəri-Çıraq-Günəşli” neft yataqlarının işlənilməsində fəal iştirak etdiyini vurğulayıb.

Azərbaycanın birinci vitse-prezidenti bildirdi ki, dünyanın ən inkişaf etmiş iqtisadiyyatlarından birinə malik olan Yaponiyanın informasiya, inşaat texnologiyaları və nəqliyyat sahələrindəki təcrübəsi böyük maraq doğurur.

Mehriban Əliyeva siyasi, iqtisadi sahələrdə uğurlu əməkdaşlıq əlaqələrini vurğulayaraq humanitar sahədə münasibətlərin daha da genişləndirilməsinin vacibliyini bildirdi, xalqlarımızın bir-birini daha yaxşı tanıması üçün bu sahənin əhəmiyyətini qeyd etdi.

“Mədəniyyət sahəsində daha sıx əməkdaşlıq əlaqələrimizin daha da genişlənməsinə xidmət edəcək”, – deyən Birinci vitse-prezident qarşılıqlı mədəniyyət günlərinin keçirilməsinin əhəmiyyətindən danışdı. Turizmin inkişafının ölkəmiz üçün prioritet olduğunu deyən Mehriban Əliyeva bildirdi ki, Azərbaycan yeni istiqamət kimi Yaponiya turistləri üçün də maraqlı ola bilər.

Təhsil sahəsində əməkdaşlıqdan danışan Mehriban Əliyeva Yaponiyanın ali məktəblərində 20 azərbaycanlı tələbənin oxuduğunu, Azərbaycanın ADA və Yaponiyanın Osaka universitetləri arasında Anlaşma Memorandumunun imzalandığını bu sahədə uğurlu əməkdaşlıq kimi dəyərləndirdi.

Yaponiya baş nazirinin xarici siyasət məsələləri üzrə müşaviri Tomohiko Taniguçi ölkələrimiz arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu dedi. O, Yaponiya üçün Azərbaycanla münasibətlərin önəmli olduğunu qeyd etdi.

Son illərdə ölkələrimiz arasında geniş əməkdaşlığın qurulduğunu və bu əlaqələrin bir çox sahələri əhatə etdiyini deyən qonaq energetika sahəsindəki əməkdaşlığın əhəmiyyətini vurğuladı. Tomohiko Taniguçi ölkəmizə səfəri zamanı Azərbaycan haqqında bir çox məlumatlar əldə etdiyini də diqqətə çatdırıb.

14:31

Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyeva Yaponiya baş nazirinin xarici siyasət məsələləri üzrə müşaviri Tomohiko Taniguçi ilə görüşüb.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Azərtac” məlumat yayıb.

www.ÇıxışYolu.Com