e3dc15ff-500d-445d-b31c-0670455390f5..jpg

“Mehriban Əliyeva mənəvi-əxlaqi dəyərlərə, milli təəssübkeşliyə malik qadın kimi bu prosesdə fəal rol oynadı”

Baxış sayı: 1. 000 dəfə baxılıb.

“Mehriban Əliyeva mənəvi-əxlaqi dəyərlərə, milli təəssübkeşliyə malik qadın
kimi bu prosesdə fəal rol oynadı”

“Türkiyənin çətin günündə Azərbaycan onun yanındadır. Birinci vitse-prezident
Mehriban Əliyeva mənəvi-əxlaqi dəyərlərə, milli təəssübkeşliyə malik qadın kimi
bu prosesdə fəal rol oynadı. Mehriban xanımın instaqramda dünənki paylaşımı da
bu prosesin tərkib hissəsidir”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

O vurğulayıb ki, Türkiyədə baş verən zəlzələdən dərhal sonra Azərbaycanın
bütün dövlət qurumları qardaş ölkəyə dəstək prosesinə fəal şəkildə qoşulublar:

“Bu, iki ölkə rəhbərləri, aidiyyəti qurumları arasında mehribanlığın,
dostluğun ən yüksək həddə olduğunun göstəricisidir”.

C.Məmmədov xatırladıb ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev
Fondunun prezidentiMehriban Əliyevanın göstərişinə əsasən, fond tərəfindən
qardaş ölkəyə humanitar yardımlar göstərilir:

“Mehriban Əliyevanın bilavasitə tapşırığı ilə Heydər Əliyev Fondu bu prosesdə
fəallıq nümayiş etdirib. Çoxlu sayda tibbi ləvazimat, çadır və digər əşyalar
xüsusi təyinat nöqtəsində toplanaraq fondun xətti ilə bölgəyə göndərilib.
Mehriban Əliyeva mənəvi-əxlaqi dəyərlərə, milli təəssübkeşliyə malik qadın kimi
bu prosesdə fəal rol oynadı”.

Millət vəkili əlavə edib ki, Azərbaycan xalqının milli birlik və həmrəylik
nümayiş etdirməsi iki ölkə arasında dostluq, qardaşlıq və sarsılmaz sevginin
sübutudur:

“Azərbaycanın çətin günlərində Türkiyə hər zaman yanımızda olub. Azərbaycan da
Türkiyənin çətin günündə öz qayğısını əsirgəmir”.

Ceyhun Məmmədov Azərbaycanın Birinci vitse-prezidentinin hazırda təbii fəlakət
zonasında çalışan xilasedicilərin, tibb işçilərinin, diplomatların, media
nümayəndələrinin əməyini yüksək qiymətləndirdiyini vurğulayıb.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Son
məlumatlara görə, nəticədə 20 937 nəfər ölüb, 80 088 nəfər yaralanıb.

Source link