68b63218-6093-4097-be61-7f03edd8733c..jpg

Mehriban Zəki Oqtay Əliyevin həlak olduğu qəza barədə heç kəslə danışmaq istəmir – AÇIQLAMA + FOTO

Baxış sayı: 999 dəfə baxılıb.

Mehriban Zəki Oqtay Əliyevin həlak olduğu qəza barədə heç kəslə danışmaq
istəmir – AÇIQLAMA + FOTO

Aprelin 1-də xəstəxanadan evə buraxılan Mehriban Zəkinin vəziyyəti
yaxşılaşmağa doğru gedir.

Bu barədə Cixisyolu.com-a Xalq artistinin sənət dostu, aktyor Vüsal Murtuzəliyev
məlumat verib.

Onun sözlərinə görə, aktrisa heç kəslə danışmaq istəmir:

“Mehriban xanım heç kəslə danışmaq istəmir. Bu, onun öz seçimidir. Bu barədə,
ümumiyyətlə, danışmır. Vəziyyəti normaldır. Ağrıları var. Lakin əvvəlkinə
nisbətən azalıb. Yaxşılaşmağa doğru gedir”.

V.Murtuzəliyev qeyd edib ki, Mehriban xanımın sağalması üçün zamana ehtiyacı
var:

“Tam sağalmayıb. Qolu gipsdədir. Qabırğası çatlamışdı. Yavaş-yavaş düzələcək.
Yaşadıqları asan bir şey deyil. Zaman lazımdır ki, sağalsın. Mehriban xanım
güclü qadındır. Zamana ehtiyacı var. Özü nə vaxt istəsə, açıqlama verəcək”.

Aktyor sonda bacısı, Əməkdar artist Dilarə Əliyevadan danışıb:

“Dilarə özünü toparlamağa çalışır. Düzdür, çox çətindir. Lakin zamanla
yaraları sağalacaq”.

Xatırladaq ki, Xalq artisti Mehriban Zəki martın 22-də Abşeron rayonu Saray
qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb. Həmin qəza
zamanı Əməkdar mədəniyyət işçisi Oqtay Əliyev həlak olub, həyat yoldaşı,
Əməkdar artist Dilarə Əliyeva da yüngül bədən xəsarətləri alıb.

Nəzrin Vahid

Source link