Meksika sərhədində vəziyyət: Qan töküləcəkmi?
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Texas hakimiyyəti sərhəddə miqrantlarla bağlı vəziyyəti daha da çətinləşdirir
və kəskinləşdirir”.
Bu sözləri Co Baydenin mətbuat katibi Karin Jan-Pyer jurnalistlərin suallarını
cavablandırarkən deyib.
Onun sözlərinə görə, öz vəzifələrini yerinə yetirmək üçün patrulun sərhədin
bloklanmış ərazilərinə çıxışı olmalıdır.
Texas qubernatoru Qreq Ebbott isə bildirib ki, ştat sərhədləri qorumağa və
sərhəd boyunca baryerlər qurmağa davam edəcək. Onun sözlərinə görə, federal
hakimiyyət orqanları ilə münaqişə kəskinləşsə belə, qan tökülməsi ehtimalı çox
azdır.
Bununla belə, artıq iki ştat – Florida və Oklahoma könüllü olaraq Texasa
dəstəyini ifadə edib və öz milli qvardiyalarını Meksika ilə sərhədə göndərməyə
hazırdırlar.
Mənbə: NEWS.ru