5c04797e-f197-4388-8587-2cd04b1f83d5.webp

Meksika sahillərində güclü zəlzələ

Baxış sayı: 196 dəfə baxılıb.

Meksika sahillərində 5.9 bal gücündə zəlzələ qeydə alınıb.

Cixisyolu.com TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat
yayıb.

Qeyd olunur ki, yeraltı təkanların episentri 160 minə yaxın sakinin yaşadığı
Mansanilyo şəhərindən 279 kilometr cənub-qərbdə olub. Zəlzələnin ocağı 10
kilometr dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

Source link