Meksikada daha bir jurnalist öldürülüb

Baxış sayı: 2. 229 dəfə baxılıb.

Meksikada daha bir jurnalist öldürülüb

Jurnalist Ruben Pata Meksikanın Kankun şəhərində qətlə yetirilib.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə Kintana-Roo ştatının hakimiyyət dairələri məlumat yayıb.

Pat səhər saatlarında Solidaridad bələdiyyəsində güllələnib.

Daha öncə isə Mexikoda 80 yaşlı jurnalist Luis Pers Qarsiya öz evində qarət zamanı qətlə yetirilib.

2017-ci ildə Meksikada 12 jurnalist öldürülüb, 2018-ci ilin geridə qalan dövrü ərzində isə – artıq 11 media təmsilçisi zorakılığın qurbanı olub.

www.ÇıxışYolu.Com