Meksikada istilər: Hökumət fövqəladə vəziyyət elan etdi

Meksikada istilər: Hökumət fövqəladə vəziyyət elan etdi

Baxış sayı: 2. 009 dəfə baxılıb.

Meksikada hökumət 31 ştatdan 22-də anomal istilər səbəbindən fövqəladə vəziyyət elan edib. 

ÇıxışYolu.Com xəbər verir ki, bu məlumat ölkənin milli mülki müdafiə xidməti tərəfindən verilib. 

Məlumatlara görə, fövqəladə vəziyyət birdən-birə 573 bələdiyyədə tətbiq edilib. Bunlar Aşağı Kaliforniya, Cənubi Aşağı Kaliforniya, Verakrus, Qerrero, Duranqo, Kampeçe, Kintana-Roo, Koauila, Kolima, Miçoakan Nayarit, Nuevo-Leon, Oaxaka, Puebla, San-Luis-Potosi, Sinaloa, Sonora, Tabasko, Tamaulipas, Çiuaua, Çyapas və Yukatan ştatlarında yerləşir. 

Bəzi yerlərdə havanın temperaturu 45-50 dərəcəyə çatıb. 

Mayın 30-da yayımlanan məlumatda Meksikanın paytaxtında son 100 ilin temperatur rekordunun qırdığını bildiriblər. Həmin gün Mexikoda 31,7 dərəcə isti qeydə alınıb. Sonuncu dəfə belə temperatur 1919-cu ildə qeydə alınıb. 

www.ÇıxışYolu.Com