Meksikada mer vəzifəyə gəldikdən bir saat sonra öldürüldü

Baxış sayı: 4. 398 dəfə baxılıb.

Meksikada mer vəzifəyə gəldikdən bir saat sonra öldürüldü

Meksikanın Oaxaka ştatının Tlahiako bölgəsinin meri vəzifəsinə təyin edilən Aleksandro Aparisio vəzifə səlahiyyətinə başladıqdan saat yarım sonra sui-qəsd nəticəsində qətlə yetirilib. 

ÇıxışYolu.Com vesti.ru-ya istinadən xəbər verir ki, ştat qubernatoru Aleksandro Murat baş prokurordan hadisənin qısa zamanda araşdırılmasını tələb edib. Bir müddət sonra polis cinayəti törədəni yaxalayıb. Onun kimliyi açıqlanmır.

Sui-qəsd zamanı daha 2 nəfər də xəsarət alıb.

www.ÇıxışYolu.Com