64df35df-6415-4bc1-878a-a763c04a6426.jpg

Meksikada şəhər meri evində bıçaqlanaraq öldürüldü

Baxış sayı: 192 dəfə baxılıb.

Meksikanın Kandelaria-Loksiça şəhərinin meri Roman Ruis Boxorkes evinin
qarşısında bıçaqlanaraq öldürülüb. O, xəstəxanaya aparılarkən yolda dünyasını
dəyişib.

Cixisyolu.com xəbər verir ki, bu barədə ren.tv məlumat yayıb.

O, son on gün ərzində Meksikanın cənubunda qətlə yetirilmiş ikinci bələdiyyə
başçısı olub. Oktyabrın 6-da Çilpansinqo şəhərinin müxalifətçi meri Alexandro
Arkos başı kəsilərək öldürülmüşdü. Cinayətkarlar hələ də tapılmayıblar.

Oaxaka ştatının qubernatoru Salomon Xara sosial şəbəkələrdə ikinci bələdiyyə
başçısının ölümünü təsdiqləsə də, məsələ ilə bağlı əlavə təfərrüatı açıqlamayıb.

Source link