784fdcf7-9732-4745-9de3-8f7d5a428259..jpg

Meksikalı məktəblilər Azərbaycan mədəniyyəti ilə tanış olublar – FOTO

Baxış sayı: 427 dəfə baxılıb.

Meksikalı məktəblilər Azərbaycan mədəniyyəti ilə tanış olublar – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın Meksikadakı Səfirliyi bu ölkənin nüfuzlu orta məktəblərindən biri
olan və paytaxt Mexikoda yerləşən özəl “British American School”da Birləşmiş
Millətlər Günü münasibətilə keçirilən sərgidə iştirak edib.

Bu barədə Meksika səfirliyindən bildirilib.

Qeyd olunub ki, sərgidə Azərbaycanın milli mədəniyyəti, milli geyimləri,
dulusçuluq, misgərlik, xalçaçılıq kimi əl sənəti nümunələri, o cümlədən
müxtəlif suvenirlər, kiçik xalçalar, eləcə də ölkəmizə aid müxtəlif təbliğat
materialları sərgilənib və paylanılıb.

Azərbaycan stendini ziyarət edən müxtəlif yaş qruplarından olan məktəblilər,
eləcə də məktəbin rəhbər və müəllim heyətinə ölkəmizin tarixi və mədəniyyəti
barədə məlumat verilib, həmçinin milli mətbəximizin ləziz nümunələri təqdim
olunub.

Səfirliyin guşəsi məktəblilərin geniş marağına səbəb olub.

Source link