Melanya Tramp plagiatda ittiham olunur

Melanya Tramp plagiatda ittiham olunur

Baxış sayı: 2. 272 dəfə baxılıb.

ABŞ-ın birinci xanımı Melanya Trampın sosial şəbəkələrdə insanların alçaldılmasına qarşı mübarizə ilə bağlı proqramı tamamilə plagiat çıxıb.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Time” məlumat yayıb.

Nəşrin məlumatına görə, Melanya Trampın proqramı ABŞ federal ticarət komissiyasının 2014-cü il strategiyasını faktiki olaraq təqlid edir.

Melanya Trampın “Ən yaxşılardan olun” şüarı isə keçmiş birinci xanım Mişel Obamanın  2016-cı ildə “Birləşmiş Qadınlar dövləti” sammitində səsləndirdiyi şüarın eynisidir.

Qeyd edək ki, Melanya Tramp ilk dəfə deyil ki, öz sələfinin intellektual mülkiyyətinə yiyələnir. Trampın 2016-cı ildə Respublikaçıların milli qurultayında etdiyi çıxış Mişel Obamanın 2008-ci ildəki nitqinin plagiatı çıxmışdı.

.
www.ÇıxışYolu.Com