Meqan Markl Keyt Middltonun vacib xahişini rədd etdi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Şahzadə Uilyam və Keyt Middleton Meqan Markl və Şahzadə Harrini Böyük
Britaniyaya dəvət ediblər.
Qeyd olunur ki, Keyt Middlton Meqan Markl və Şahzadə Harri ilə münasibətlərini
yaxşılaşdırmağa çalışır. Onlar Sasseks hersoqlarını barışmaq və övladları –
oğlu Arçi və qızı Lilibet ilə ünsiyyət qurmaq üçün Böyük Britaniyaya dəvət
ediblər. Bununla belə, Şahzadə Harri və Meqan Marklın bu təklifdən imtina
etdikləri bildirilir.
“Meqan uşaqlarını Böyük Britaniyaya gətirə bilməyəcək. Uilyam və Keyt Meqan və
Harrini barışmaq üçün oğulları və qızları ilə birlikdə gəlməyə dəvət ediblər.
Lakin bu təklif indiyə qədər heç bir nəticə verməyib”, – kral eksperti Tom
Kuinn bildirib.
Mənbə: The Mirror