“Mercedes” “Formula-1”ə ilk sırada başlayacaq

Baxış sayı: 3. 276 dəfə baxılıb.

Bakıda keçirilən “Formula-1” SOCAR Azərbaycan Qran Prisində ikinci gün də geridə qalıb. 

ÇıxışYolu.Com xəbər verir ki, “Formula-1” üzrə sıralama yarışına yekun vurulub. 

Bu dəfə “Mercedes” komandasının pilotu Valteri Botas yarışı lider olaraq bitirib. Onun göstəricisi 1:40,495 olub. İkinci yerdə onun komanda yoldaşı Luis Hamilton olub. O, 1:40,554 göstərici ilə komanda yoldaşına uduzub. Üçüncü yeri isə “Ferrari” komandasının pilotu Zebastian Fetel tutub. Almaniyalı pilot 1:40,797 göstərici ilə üçüncü yerdə qərarlaşıb. 

“Mercedes” “Formula-1”ə ilk sırada başlayacaq

Qeyd edək ki, “Formula-1”də əsas yarış sabah olacaq və saat 16:10-da başlayacaq. 

Səbuhi MUSAYEV