Almaniya kansleri Angela Merkel iyunun 24-də Türkiyədə keçiriləcək növbədənkənar prezident seçkilərindən sonra Rəcəb Tayyib Ərdoğanı Almaniyaya dəvət edib.
ÇıxışYolu.Com RİA Novosti agentliyinə istinadla xəbər verir ki, bununla bağlı Türkiyə Xarici İşlər Naziri Mövlud Çavuşoğlu məlumat verib.
“Xanım Merkel bəyan edib ki, seçkilərdən sonra prezidentimizi ölkəsində gözləyir”, – Çavuşoğlu Zalinqendə jurnalistlərə açıqlamasında deyib.
Çavuşoğlu və Merkel 25 il əvvəl Türkiyədən olan ailənin alman neonasistlər tərəfindən yandırılması faciəsinin ildönümü münasibəti ilə bağlı keçirilən tədbirə qatılmaq üçün Zalinqenə gəlib. Həmin hadisə zamanı 3-ü uşaq və 2-si qadın olmaqla 5 nəfər həlak olmuş, 14 nəfər yaralanmışdı.