Merkel hakimiyyətdən getmək fikrində deyil

Merkel hakimiyyətdən getmək fikrində deyil

Baxış sayı: 4. 352 dəfə baxılıb.

Almaniya kansleri Angela Merkel dördüncü müddətə hökumət başçısı seçilməyə çox yaxındır. 

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.

Ölkənin prezidenti Frank-Valter Ştaynmayer Bundestaqı Merkeli kansler təyin etməyə çağırıb.

Merkelin tutduğu vəzifəni qoruyub saxlamaq şansları mərkəzi-sağçı siyasi partiyalar, Almaniya Xristiyan Demokratlar İttifaqı və Xristiyan-Sosial İttifaqı partiyalasının Almaniya Sosial Demokratlar Partiyası ilə koalisyon hökumətin qurulması ilə bağlı razılaşmaya gəlmələrindən sonra artıb.

Koalisyon danışıqlar nə az, nə çox, beş ay davam edib.

“İşə başlamaq çox vacibdir. Kansler vəzifəsinə təyin olunacağıma ümid edirəm. Almaniyada yaşayan insanların maraqları naminə əlimdən gələn hər şeyi edəcəyəm. Minnətdaram” deyə Merkel bildirib.

Merkelin təyinatı ilə bağlı bundestaqda keçiriləcək səsvermənin martın 14-ə təyin olunduğu bildirilir.

.
www.ÇıxışYolu.Com